Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Burda işə düzəlməyin də QİYMƏTİNİ QALDIRIBLAR... -"Rüşvət vermədiyim üçün məni aylarla süründürürlər..."


Naxçıvanda təcili tibbi yardım sürücüsü olmaq üçün tələb olunan rüşvət 2 dəfə artıb.
Yenixeberorg.com: Əvvəllər 8-10 min manat olan məbləğ indi 18-20 min manata çatıb. Bu isə qəbul prosesində pul faktorunun peşəkarlıqdan öndə olması ilə bağlı suallar doğurur.“Gündəlik Naxçıvan”a danışan sakinlərin sözlərinə görə, peşəkarlıq arxa plana keçdiyindən xəstələrin həyatı risk altına düşür.
8 il təcili tibbi yardımda sürücü işləmiş Naxçıvan şəhər sakini Mehdi Qorçuyev deyir ki, rüşvət vermədiyi üçün onu aylarla süründürürlər:
“Şikayət etmədiyim yer qalmayıb. Hər dəfə deyirlər gözlə, həll olunacaq, amma ortada heç nə yoxdur. Məndən sonra müraciət edənləri 18-20 min manat müqabilində işə götürüblər. Mən bu pulu verə bilmirəm deyə gözlədirlər.
İşə götürülən şəxslərin nəinki təcili tibbi yardımda, ümumiyyətlə sürücülük təcrübəsi yoxdur. Bəzisi sürücülük vəsiqəsini belə rüşvətlə alıb. Bu isə təcili vəziyyətlərdə düzgün qərar verə bilməmək riski yaradır və xəstələrin həyatını təhlükəyə atır.
İnsanların həyatının etibar edildiyi sistemdə bu cür halların olması sadəcə utancvericidir. Hər dəfə yeni nazir gələndə ümid edirik ki, rüşvət aradan qalxar, amma əksinə, daha da artır.”
Oxşar problemlə üzləşən Şərur rayon sakini Nüsrət Bağırov deyir ki, oğlunun işə düzəlməsi üçün tələb olunan məbləği ödəyə bilmədiyi üçün aylarla gözlədilir:
“5 aydır oğlum işə düzəlmək üçün Nazirliyə müraciət edib, amma nəticə yoxdur.
Əvvəl 20 min manat dedilər, sonra 18 minə endirdilər. Mən o pulu haradan tapım?
Dövlət işinə girmək üçün niyə pul verməliyəm?
Əgər hər şey qanunidirsə, niyə açıq müsabiqə keçirilmir? Niyə siyahılar açıqlanmır? Kim nə meyarla seçilir? Təcili yardım maşınını idarə edən sürücü peşəkarlığa görə seçilməlidir. Amma elə şəxsləri işə götürürlər ki, təcrübəsi yoxdur. Hətta gətirilən yeni maşınların sayını belə açıqlamırlar. Şikayətlərə də baxan yoxdur. Deyirlər ki, “gedin kimə istəyirsiniz şikayət edin.””
İşə qəbul üçün tələb olunan məbləğin Naxçıvana yeni ambulansların gətirilməsindən sonra artırıldığı bildirilir.

Gündəlik Naxçıvan”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam