Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Siyavuş Novruzovdan “istefa” çağırışı:“Onlar üçün ən yaxşı yol...”

 

Siyavuş Novruzovdan “istefa” çağırışı: “Onlar üçün ən yaxşı yol...”

“Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.

S.Novruzov qeyd edib ki, qarayaxmaların hamısı Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı yönəlmiş addımlardır:

“Təbii ki hər hansısa sahələrdə neqativlərin olması və bunun tənqidi normaldır. Ancaq biz görürük ki, harada iş getmirsə, o sahəyə toxunulmur.  Harada iş yaxşı gedirsə,  orada prezidentə sədaqətli insanlar çalışırsa, ona qarşı qarayaxma kampaniyası aparılır. Bu yaxınlarda biz “SOCAR”ın timsalında bu məsələni gördük, öyrədilmiş adamlar ortaya çıxdı”.

Komitə sədri xatırladıb ki, Prezident müşavirədə nöqsanlarla bağlı məmurlara xəbərdarlıq edib:

“Onlardan hazırda vəzifə başında oturanlar var ki, dövlətin apardığı işə əngəl törədirlər. Onlar üçün ən yaxşı yol istefa verməkdir. İstefa verib, kənara çəkilməlidir ki, ölkə inkişaf etsin. Kadr islahatlarına gəldikdə, kiminsə işdən çıxarılması cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Müşavirənin özündə də əsas vurğunun vətəndaş üçün olması vurğulandı. Hər şey Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, yaxşı yaşamasına, onların azad, inkişaf etmiş , qanunun aliliyi tam şəkildə təmin olunmuş bir ölkədə yaşamasına xidmət etməlidir. Əgər kim hardasa bir nöqsan görürsə, istənilən vasitə ilə tez bir zamanda səsini eşitdirə bilər. Hansısa sahələrdə nöqsanlar, büdcə şişirtmələri varsa, o da araşdırılmalıdır. Prezidentin qaldırdığı hər bir məsələ ən incə ayrıntısına qədər diqqət edilməli və o sahəlrədəki nöqsanlar aradan qaldırılmalıdır”.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam