Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeni təmir olunan “Xətai” metrostansiyasında problem - VİDEO

Yeni təmir olunan “Xətai” metrostansiyasında problem

Bu günlərdə bərpa işləri başa çatan və sentyabırın 12-də sərinişinlərin istismarına verilən “Xətai” metrostansiyasında texniki problemlərlə üzləşən jurnalist İlkin Pirəli bu barədə sosial şəbəkədə yazıb.

Yenixeber.org:   Jurnalistin yazdığına görə, “Xətai” metrostansiyasında eskalatorlar çalışmır.

“ “Xətai” stansiyası açılışı sentyabrın 12-də olub. Mərasimdə Prezident İlham Əliyev iştirak edib. Elə həmin gündən başlayaraq eskalatorlar, demək olar, işləmir. Normal vəziyyətdə bir neçə saat işləyib. Təsəvvür edin, eskalator qəfildən tormozlayır... Qoca, uşaq xəsarət ala bilər... Dağa dırmananlar kimi qalx piyada... Bu gün səhər saatlarında da bu hal baş verdi, iki nəfərin halı pisləşdi... (8 gün ərzində 10-a yaxın belə hal baş verib - yəqin ki, daha çoxdur, sadəcə, şahidi olduğumuz bu qədərdir) Stansiya “təmir”-“bərpa”dan əvvəl daha yaxşı fəaliyyət göstərirdi. Həm də çox maraqlıdır, bunlar 1 il müddətində nə iş görürlərmiş? Axı ciddi dəyişiklik yoxdur, kosmetik dəyişiklikdir, vəssalam! “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynova sual verirəm, bu hal niyə baş verir? Yeyintiyə yol verilib, yoxsa necə? Yeni eskalator niyə bu gündədir, bahalı kimi qeydiyyata alınıb, sonra ucuzu alınıb? Yerin altında da şəffaflıq tələb edirik. Gəlin hesabat – cavab verin... Bəziləri ağızları köpüklənə-köpüklənə deyirlər, ictimai nəqliyyatdan istifadə edin, xaricdə belə-filan... Budur, qurduğunuz sistem?”


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam