Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Partiya sədri Təhsil nazirinə səsləndi: -Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir

Partiya sədri Təhsil nazirinə səsləndi:  Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir

Partiya sədri Təhsil nazirinə səsləndi: Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir

Yenixeber.org: "2 il əvvəl qanun layihəsi hazırladıq. 40 min imza topladiq. Milli Məclisə təqdim etdik. Layihədə dedik ki, təhsil islahatı dövründə bütün ali təhsil pulsuz olsun. Əsaslandırdıq. Məsələn, göstərdik ki, Gürcüstan və Ermənistanın toplam əhalisi bizdəkindən az olsa da, orada tələbə sayı 225 min, bizdə 169 min. Göstərdik ki, əmək bazarının Gürcüstanda və Ermənistanda təxminən yarısı ali təhsillidir, bizdə isə 23 faizi. Digər hesablamalar da təqdim etdik".

Bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi təşkilatın başlatdığı kampaniyanın sonunda vəziyyətdən çıxmaqdan ötrü hakimiyyət söhbəti öz adına çıxarmaq istəyib:

"Prezident İlham Əliyev sərəncam verdi. Təqaüd alan tələbələrin sayının artırılmasını əmr etdi. Artırdı da. Kampaniyamızın heç olmasa bu faydası əmələ gəldi, tələbələrə və valideyinlərə xeyir verdi, baxmayaraq ki, pulsuz ali təhsil haqda qanun layihəmiz rədd edildi. Bu gün isə təhsil naziri çıxıb deyir ki, təhsil haqqını azaltmaq olmaz. Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir. Regionda ali təhsil göstəriciləri üzrə biz bu qədər geridə olarkən cərimənin yeri yoxdur. Hökumət zəhmət çəksin pul ayırsın, həvəsi olanları oxutsun. Bacarmırsa, çəkilsin, biz bacararıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam