Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Laçın şəhərinin taleyi necə olacaq?-Ermənilər rayon mərkəzinin onların nəzarətində qalacağını iddia edir

 

Yenixeber.org: Qarabağda vəziyyət Rusiya hakimiyyətinin gündəmində əsas yerlərdən birini tutmağa davam edir. Bu gün prezident Viladimir Putinin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bölgədəki sülhməramlı əməliyyatı, humanitar missiyanın həyata keçirilməsi və s. mövzularla bağlı müzakirələr aparılıb. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident görüş iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqələri barədə məlumat verib.

Dünən axşam Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da yazıb ki, son bir saat ərzində Putinlə iki dəfə telefonla danışıb. “Müzakirələrin əsas hissəsini Laçın dəhlizindəki yaşayış məntəqələri, itkin düşənlər, axtarış əməliyyatları, ölənlərin və məhbusların cəsədlərinin mübadiləsi, sülhməramlıların yerləşdirilməsi və delimitasiya, habelə bölgədəki nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlər təşkil edirdi”  – deyə Paşinyan qeyd edib. O vurğulayıb ki, belə müzakirələr müntəzəm, bəzən gün ərzində bir neçə dəfə baş verir.

Ermənistan mətbuatı isə üçtərəfli razılaşmanın şərtlərinə dəyişiklik edildiyi barədə məlumat yayıb. “Laçın rayon mərkəzi və Zabux kəndindən yerli sakinlərin köçürülməsi dayandırılıb. Bu yaşayış məntəqələri bizdə qalacaq. Biz təhlükəsizlik zəmanəti aldıq. Mənim birbaşa məsuliyyətim altında bu yaşayış məntəqələrindən köçürülməni dayandırdıq və yerimizdə qalırıq”. Bunu “armenpress.am” saytına Laçındakı “administrasiya”nın rəhbəri Muşeq Alaverdyan deyib.

Paşinyanın Putinlə apardığı müzakirələr barədə verdiyi məlumatla M.Alaverdyanın dedikləri üst-üstə düşür. Oyuncaq “Arsax prezidenti”nin müşaviri David Babayan da Laçının ermənilərin nəzarətində qalacağını söyləyib. Ehtimal etmək olar ki, Putin növbəti dəfə tərəflərdən üçtərəfli razılaşmanın şərtlərinə dəyişiklik edilməsini xahiş edib. Bundan əvvəl Rusiya prezidentinin xahişi ilə Kəlbəcər rayonunun boşaldılmasının tarixi 15 noyabrdan 25 noyabra dəyişdirilmişdi. Bu müddət ərzində ermənilər tərk etdikləri kəndləri, meşələri yandırıb, infrastrukturu dağıdıb, bir çox yeri minalamışdı.

Məsələni şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, dünən axşamdan Nikol Paşinyan iki dəfə Putinlə danışanda və gecənin yarısı bu məlumatı fəxrlə öz “Facebook” səhifəsində yayanda hiss olundu ki, bizim əleyhimizə, ermənilərin xeyrinə işlər görülür:

“Paşinyan elə-belə sevinməzdi. 10 noyabr Bəyanatına hər cür əl gəzdirən Rusiya, mandatından kənara çıxaraq idarəetmə məsələlərinə əl qoyub. Müharibə dayanandan Xankəndi və ətrafında Azərbaycanın yoxluğu hər gün aydın görünür. İndi də Bəyanatın maddələri pozulur və ermənilər Laçın rayon mərkəzindən və Zabux kəndindən çıxmayacaqlarını, buna zəmanət aldıqlarını bildirirlər. Bəyanata görə dekabrın 1-də Laçın ərazisinin tam boşaldılması razılaşdırılıb və ora Azərbaycana təhvil verilməli idi. Bu nə deməkdir? Bunun cavabı niyə verilmir? Laçın rayon mərkəzi Azərbaycanın tam nəzarətinə keçməzsə, heç bir laçınlı kəndlərə köçməyəcək”.

İ.İsmayıl hesab edir ki, Azərbaycan bu məsələyə təcili münasibət bildirməli, erməni tərəfinin bu cür həyasız açıqlamalarına aydınlıq gətirməlidir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam