Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Laçın dəhlizi:Dağlıq Qarabağın boy-buxunundan uzun “saqqalı”

 
Yenixeber.org: Dağlıq Qarabağın ermənilərdə qalan hissəsinin şimal ucu Ağdərədən başlayıb, cənub ucu Xankəndidə bitir. Xankəndindən Ağdərəyə məsafə cəmi 48.5 kilometrdir. 


 


Dağlıq Qarabağın şərq ucu Xocavənddən Xankəndiyə avtomobil yolu isə cəmi 39 km-dir.
 
Üst-üstə gələndə Dağlıq Qarabağın ermənilərin nəzarətində qalan ümumi sahəsi 3,170 kv.km. olacaq.



Ermənistandan Dağlıq Qarabağa getmək üçün ermənilərə açdığımız Laçın koridorunun uzunluğu 50 km-dir. Eni isə 5 km. Qısası, 250 kv.km. ərazini  3,170 kv.km. əraziyə keçid yolu veririk. 

  

Əvvəla, o boy-buxun üçün bu saqqal uzun deyilmi? 
 
İkincisi, heç bir status olmayan Dağlıq Qarabağa verdiyimiz bu imtiyaz nə deməkdir?
 
Üçüncüsü, üçtərəfli razılaşmaya əsasən, bizim nəzarətimizdə qalan Laçından Şuşaya gedən yolu ermənilər istifadə edə bildiyi halda, bizim niyə belə bir hüququmuz yoxdur?
 
Dördüncüsü, 5 km. eni olan bu dəhliz faktiki Azərbaycanla xarici ölkə arasında sərhəd nöqtəsi olacaq. Oradakı gediş-gəliş Azərbaycan sərhədçiləri və gömrükçüləri tərəfindən necə nəzarətə alınacaq? Ümumiyyətlə bizim nəzarət imkanımız nəzərdə tutulubmu?  
 
Suallar sonsuza qədər uzana biləcək saydadır.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam