Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ şirkətləri-Ələt Azad İqtisadi Zonasına sərmayə yatırmağa hazırdır


ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə “Mərkəzi Avrasiya regionunda transkontinental daşımalarda Azərbaycanın rolu: “Dəniz və qurunun birləşmə nöqtəsindən Qlobal Dəyər Zəncirinə” adlı vebkonfrans keçirilib.

Yenixeber.org: Konfransın açılışını Bakı Beynəlxalq Dəniz Limanının baş direktoru Taleh Ziyadov edib.

Görüşün keçirilməsində məqsəd qlobal pandemiya dövründə ABŞ dövlət qurumları, eləcə də Amerika bizneslərinin Azərbaycan iqtisadiyyatı və biznes imkanları barədə davamlı məlumatlılığının təmin edilməsi olub.

Əsasən müzakirələrlə keçən görüşdə bir sıra ABŞ şirkətlərinin regional ofislərinin nümayəndələri, eləcə də ABŞ Ticarət Nazirliyi, ABŞ Ticarət Xidmətinin region üzrə məsul olan Türkiyə nümayəndəliyi, eləcə ABŞ və Azərbaycanın səfirliklərinin iqtisadi bölmələrinin əməkdaşları iştirak edib.

Müzakirələr əsasən Bakı limanının imkanları, perspektiv inkişaf istiqamətləri, Ələt qəsəbəsində inkişaf etdirilən Azad Ticarət Zonası, eləcə də ABŞ şirkətlərinin bu imkanlardan istifadə imkanları ətrafında aparılıb. T.Ziyadov yerli və xarici şirkətlərə təqdim olunan xidmətlər və güzəştlər barədə konfrans iştirakçılarına məlumat verib.

ABŞ rəsmiləri Amerika şirkətlərinin Ələt Azad İqtisadi Zonasına sərmayə yatırmağa hazır olduqlarını bildiriblər. T.Ziyadov öz növbəsində Azərbaycanın ABŞ şirkətləri üçün regional mərkəz ola biləcəyini bildirib, ölkənin həm coğrafi mövqeyinin, həm də mövcud infrastrukturunun buna imkan verdiyini vurğulayıb.

Qeyd edək ki, bu günə kimi Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimov, İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Yusif Abdullayev və Kiçik Biznesin İnkişafına Dəstək Agentliyinin sədr müavini Rüfət Atakişiyev Palatanın təşkilatçılığı ilə keçirilən onlayn görüşlərin qonağı olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam