Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

LIBOR faizləri son 10 ilin maksimal səviyyəsinə yüksəlib

 

Xaricdən maliyyələşmədə əsas götürülən 6 aylıq London banklararası faiz dərəcələri - LİBOR (London İnterbank Offered Rate) dünən, 2,4473%-ə yüksələrək 2008-ci ilin dekabr ayından sonra ən yüksək səviyyəsinə çatıb

 

Yenixeber.org: ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə uçot dərəcəsini 0,25 fazi bəndi artırması LIBOR faizlərinin artmasına səbəb olub.

Londonun ən nüfuzlu 16 bankının orta faiz dərəcəsini əks etdirən LIBOR-un artması qlobal maliyyə bazarlarından maliyyələşmək istəyən şirkət və bankların, o cümlədən suveren borcların maya dəyərini artıracaq. Xüsusən də banklar bunu birbaşa daxili bazarda kredit faizlərində əks etdirməli olacaqlar.

"Report"un analitik qrupu bildirir ki, LIBOR faiz dərəcələrinin yüksəlməsi tədricən xarici maliyyələşmə mənbələrindən asılı olan inkişaf etməkdə olan ölkələrə mənfi təsirini göstərəcək. Bu ölkələr arasında Türkiyə, Cənubi Afrika Respublikası, Argentina, Tailand və s. yer alır. Qeyd edək ki, son zamanlar qlobal bazarlarda müşahidə olunan xammal qiymətlərində artımın yenidən azalma ilə əvəz olunması durumunda xarici borclanmada çətinlik çəkəcək ölkələr sırasına Rusiya, Qazaxıstan, S.Ərəbistanı, Braziliya kimi ölkələr də qatılacaq.

"Report"un analitik qrupu 2022-ci ilə yaxınlaşdıqca FED uçot dərəcəsinin 5-7%-ə, LIBOR faiz dərəcələrinin isə ölkələrin kredit reytinqindən asılı olaraq 8-11%-ə yüksəlməsini proqnozlaşdırır. Bu da, bir sıra inkişaf etməkdə olan ölkə bank sektorunda xarici valyuta üzrə depozit dərəcələrinin 10-12%, yerli valyutada isə daha yüksək olacağı mənasını daşıyacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam