Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"Allianz Global":Bitkoinin dəyəri yoxdur, balon hər an partlaya bilər

 

 

"Bitkoin balonunun partlaması ehtimal deyil, zaman məsələsidir"

 

Yenixeber.org: Bu xəbərdarlıqla Avropanın ən böyük sığorta şirkəti - "Allianz Global"ın İnvestisiya departamenti çıxış edib.

"Blokçeyn texnologiyası investorlara böyük fayda gətirsə də, kriptovalyutaların heç bir dəyəri yoxdur", - deyə 500 mlrd. avro (620 mlrd. ABŞ dolları) məbləğində vəsaiti idarə edən "Allianz Global"dan bildirilib. 

Şirkətin Qlobal iqtisadiyyat və strategiya şöbəsinin rəhbəri Ştefan Xofrixter (Stefan Hofrichter) isə qeyd edib ki, bitkoinin real qiyməti 0-dır: "O, səhm, istiqraz və kağız pullardan fərqli olaraq hec nə ilə və hec kimlə təmin edilməyib, bu gün aktiv gəlir də gətirmir. Kimsə kriptovalyutaları qızılla müqayisə edir. Amma qeyd etməliyəm ki, qızıl 2 500 ildir ki, yığım vasitəsi kimi mövcuddur. Buna görə düşünürəm ki, bitkoin-maniya yaxın vaxtlarda bitəcək və bu balon partlayacaq". 

Bu açıqlamalardan sonra bitkoinin qiyməti bir qədər azalaraq 8 700 dolara düşüb. 

"Report"un analitik qrupu hesab edir ki, martın 19-20-də keçiriləcək G20 zirvəsi başa çatana qədər bitkoin satışları davam edəcək, lakin kriptovalyuta bazarı yox olmayacaq.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam