Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanda banklar maliyyə sisteminin aktivlərinin 64%-nə nəzarət edir

 

 

2017-ci ilin sonuna Azərbaycanda maliyyə sisteminin aktivləri 43,7 mlrd. manat təşkil edib ki, bu da ümumi daxili məhsulun (ÜDM) 62%-nə (qeyri-neft ÜDM-in 99%-nə) bərabərdir

 

Yenixeber.org: Bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Sənədə əsasən, banklar aktivlərin 64%-nə sahib olmaqla sektorda dominant rola malikdir. Bank olmayan kredit təşkilatlarının aktivlərdə payı isə 33,4%-ə yüksəlib ki, bu da "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin toksik aktivlərinin “Aqrarkredit”ə ötürülməsi hesabına olub. Sığorta sektorunun və investisiya şirkətlərinin maliyyə sistemi aktivlərində çəkisi isə müvafiq olaraq 2,3% və 0,4% təşkil edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasında müzakirə ediləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam