Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Gələn ilin büdcəsinə 101 milyon cərimə və sanksiyalar ödənilməlidir"

Gələn ilin dövlət büdcəsinə 101 milyon manat cərimə və sanksiya ödənilməlidir

 

 

"Bu yalnız sahibkarların ödəyəcəyi məbləğdir"
 
Xeberinfo.com:  Bu fikirləri tanınmış iqtisadçı alim Qubad İbadoğli sosial şəbəkədəki səhifəsində yazıb. 
 
 Q.İbadoğlu qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsinin 101 milyon manatını cərimə və sanksiyalar üzrə daxilolmalar təşkil edəcək ki, onun da 88,1 fazi və ya 89 milyon manatı büdcə qanunvericiliyinin pozulmasına görə daxilolmlardan formalaşacaq: "Ondan 39 milyon 899 min manatını hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 27 milyon 423 min manat ını əlavə dəyər vergisi, 5 milyon 30 min manatını fiziki şəxslərin gəlir vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar , 4 milyon 986 min manat sadələşdirilmiş vergi, yerdə qalan hissəsini isə digər vergilər üzrə maliyyə sanksiyalarından daxilolmalar təşkil edəcək". 
Q.İbadoğlunun fikrincə, iqtisadi təhlil işində cərimə və sanksiyalar proqnozlaşdırılmır: "Belə qiymətləndirmələr zamanı cərimə və sanksiyalar üzrə faktiki daxilolmalar göstəricindən istifadə olunur. Çünki, bu mənbədən nə qədər vəsait daxil olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Hətta proqnozlaşdırma aparılarsa onun dəqiq icrasına necə nail olmaq olar? Axı, əvvəlcədən kim necə müəyyənləşdirə bilər ki, sahibkar vergi qanunveriicliyini mütləq pozacaq və ondan da bu qədər cərimə və sanksiyalar alınacaq. Bəlkə növbəti il əksər sahibkarlar büdcə qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirdi, qanunvericiliyi pozanlar barəsində isə vergi orqanları bilməyərəkdən və ya bilərəkdən məlumatsız oldu. Belə olacağı təqdirdə vergi və digər dövlət orqanları büdcə qarşısında cərimə və sanskiyalar üzrə öhədlikləri necə yerinə yetirəcək? Burdan çıxan ilkin nəticə odur ki, istənilən halda cərimə və sanksiyalar olacaq və bunu da necə fəaliyyət göstərməsindən asılı olmayaraq sahibkarlar ödəmək məcburiyyətində qalacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam