Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bankların daha bir soyğunçuluğu

manat1Başqa bir banka məxsus bankomatdan cəmi 15 manat pul çəkən vətəndaş bir də görüb ki, onun hesabından düz 4 manat 50 qəpik xidmət haqqı çıxılıb.

Xeberinfo.com:  Hadisə paytaxt sakini Nicat Manafov adlı şəxsin başına gəlib. İndi həmin şəxs ona dəymiş maddi zərərin ödənilməsini istəyir. Əslində bu məsələ necə tənzimlənməlidir? Bu kimi hallarda bank xidmət haqqına görə, vətəndaşın hesabından nə qədər pul silə bilər?

Fins.az xəbər verir ki, Nicat Manafov dünən banklardan birinə məxsus olan kart vasitəsi ilə başqa bir bankın bankomatından 15 manat məbləğində nağd pul çəkib. Cəmi 15 manat qarşılığında isə həmin bankomat onun hesabından əlavə olaraq 4 manat 50 qəpik də komissiya haqqı çıxıb.

Nicat Manafovun sözlərinə görə, bu məbləğin tutulması ilə bağlı ona əvvəlcədən heç bir xəbərdarlıq da edilməyib. Habelə kartın məxsus olduğu bankla müqavilədə belə hallarda tarif haqlarının nə qədər olması ilə bağlı bənd də yoxdur

İndi isə zərərçəkən ona dəymiş ziyanın geri ödənilməsini istəyir.

Bank eksperti Anar Ramazanov isə deyir ki, burada müştərinin hüquqları pozulub. Çünkü ödəniş kartları ilə həyata keçirilən bütün əməliyyatlar Mərkəzi Bankın təsdiq etdiyi “Ödəniş kartlarının emisiyası və istifadə qaydaları“ ilə tənzimlənir. Bu qaydalar da isə bankların qarşısına bir sıra tələblər qoyulub.

Əgər bankla vətəndaş arasında bağlanan müqavilədə bu şərtlər göstərilməyibsə, o zaman vətəndaş hüququ yolla ona dəymiş zərəri bankdan tələb edə bilər.

Ekspertin tövsiyyəsi odur ki, belə problemlərin yaşanmaması üçün vətəndaşlar banklardan kartlar alarkən, mütləq müqavilə bağlamalı və həmin müqavilənin 1 nüsxəsini bankdan tələb etməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam