Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda ilk Ro-Pax tipli gəmi-bərəsi necə hazırlanıb -VİDEO

Azərbaycanda ilk Ro-Pax tipli gəmi-bərəsi necə hazırlanıb - REPORTAJ

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan “Azərbaycan” adlı ilk Ro-Pax tipli gəmi-bərənin istismara verilməsi və eyni təyinatlı “Akademik Zərifə Əliyeva” adlı növbəti gəminin suya salınması mərasimində iştirak edib.

Yenixeber.org: Ro-Pax tipli gəmilər minimal oturum ilə maksimal yükgötürmə imkanına malikdir.

Unikal layihə hesab olunan və bu layihə ilə ilk dəfə Xəzərdə istismara verilən yeni Ro-Pax tipli gəmi-bərələrin konsepsiyası və mühəndis-layihə işləri ASCO mühəndislərinin yaxından iştirakı ilə Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanıb.

Bu gəmilərin uzunluğu 154,5, eni 17,7, bortunun hündürlüyü 7,5 metrdir. 30 nəfərlik heyətlə idarə edilən gəmilər saatda 14 uzel sürətlə hərəkət etmək imkanına malikdirlər. Yeni Ro-Pax tipli gəmilər yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 nəfər sərnişin, 56 ədəd sistern tipli vaqon və ya 50 ədəd yük avtomobili/TİR daşımaq imkanına malikdir. Eyni zamanda, gəmilər yük lifti, helikopter meydançası, dalğalı havada tarazlama sistemi və iki ədəd dartıcı lokomotivlə təchiz olunublar.

Ro-Pax tipli gəmi-bərələr hazırda ASCO-nun donanmasında olan digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcək, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam