Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Millimizin yeni baş məşqçisi:"Ümid edirəm ki, etimadı doğruldacağam"

"Həm "Elit-məşq" layihəsinin rəhbəri Miloş Velebit, həm də Məşqçilər Komitəsi mənim namizədliyimi irəli sürüb. AFFA rəhbərliyi də sağ olsun, onların təklifi ilə razılaşıb".

Yenixeber.org: Bu sözləri Azərbaycanın 16 yaşlılardan ibarət yığmasının yeni baş məşqçisi Aqil Nəbiyev təyinatı haqqında danışarkən deyib.

İki ilə yaxındır məşqçilik fəaliyyəti ilə məşğul olan gənc mütəxəssis üzərinə məsuliyyətli iş götürdüyünü bildirib: "Milli komandada işləmək hər bir insan üçün şərəfdir. Yığmada oynamaq da mənə nəsib olub. Ümid edirəm ki, etimadı doğruldacağam. Bu il seçmə oyunlar olmadığından vaxtımız var. Gələn il üçün hazırlaşacağıq".

Artıq 5 aydır "Elit-məşq"də Velebitlə bir yerdə çalışdığını söyləyən Nəviyev bu layihəni bir neçə məşqçi ilə birlikdə yerinə yetiririklərini vurğulayıb: "Burada 2005, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqlarla çalışırıq. Bütün yaş qruplarından olan uşaqları tanıyır, kimin nəyə qadir olduğunu bilirik".

Yeni baş məşqçi işinin uğurlu olacağına ümidvar olduğunu da söyləyib: "İki ilə yaxındır məşqçilik fəaliyyətinə başlamışam. İnanıram ki, uğurlu alınacaq. Milli komanda hamınındır, ölkəni təmsil edir. Ümid edirəm ki, hamının dəstəyi ilə təkcə U-16 yox, bütün yığmalar yaxşı nəticə göstərəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam