Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Boksçularımız -Orduya dəstək oldular

Boksçularımız Orduya dəstək oldular

Azərbaycan millisinin boksçuları Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

Yenixeber.org: Əsas yığmanın üzvləri və məşqçilər korpusu qələbəmizə inandıqlarını vurğulayıblar. Onlar üçrəngli bayraqla birgə himnin sədaları altında şəhidlərin ruhuna ehtiramlarını da bildiriblər. Yaralı əsgərlərə şəfa diləyən komanda üzvləri sosial şəbəkələrdə bununla bağlı paylaşım ediblər.

Yığmanın Kuba əsilli boksçuları Lorenzo Sotomayor, Alfonso Dominges və Osnay Benkoma da Azərbaycan ordusuna dəstək nümayiş etdiriblər. Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayor millinin hər zaman Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçməyə hazır olduğunu qeyd edib: “Qarabağ Azərbaycandır! Biz birlikdə güclüyük və hər zaman ordumuzun yanındayıq”.

Minsk-2019 II Avropa Oyunlarının qalibi Alfonso Dominges də “Qarabağ Azərbaycandır” paylaşımını edib.

Digər olimpiya mükafatçısı Kamran Şahsuvarlı da Azərbaycan Ordusuna inam ifadə edib və dövlətin ədalətli yolda olduğunu qeyd edib: “Haqq yolundayıq və qələbə qazanacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, digər boksçular da bu səpkidə müxtəlif paylaşımlar ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam