Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan 1 milyon avroluq dələduzluqda təqsirləndirilən - türk iş adamını axtarışa verib

Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində axtarış elan edib.

Yenixeber.org: Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Ali Osman Kutanoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinir.

APA-nın Türkiyə mətbuatından əldə etdiyi məlumata görə, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı dələduzluq etməkdə və onları şəxsi həyatları ilə bağlı şantaj etməkdə şübhəli bilinərək 2017-ci ilin iyulunda İstanbulda saxlanılıb. Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən Ali Osman Kutanoğlu istintaq təcridxanasına göndərilib. O, təxminən 1 ay sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı ümumilikdə 1 milyon 240 min avro dələduzluq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam