Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Bərdədə uşaqlarını küçəyə atan qadına cinayət işi açılıb

     

Bərdə rayonunda 2 azyaşlı uşağını küçəyə atan qadınla bağlı cinayət işi açılıb. 

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı məlumat verib.
Bildirib ki, fakt əsasında təqsirləndirilən qadın barəsində Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi başlanıb: “Araşdırma gedir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

A.Qiyaslı vurğulayıb ki, uşaqların anadan alınıb uşaq evinə verilməsi ilə bağlı sənədlər hazırlanır: “Lakin hələ də yekun qərar yoxdur. Qadın və uşaqla bağlı yekun qərar verildikdən sonra işlər görüləcək”.

Məlumat üçün bildirək ki, 143-cü (Təhlükədə qoyma) maddəyə əsasən, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam