Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Su polisi balıqları kütləvi məhv edənləri yaxaladı -FOTO

 

Su polisi balıqları kütləvi məhv edənləri yaxaladı - FOTO

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş reydlər nəticəsində İmişli rayonunun Qızılkənd kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, rayon sakini olan Samir Teymurov qeyd olunan ərazidə kustar üsulla hazırlanmış, elektrik cərəyanı buraxılmaqla balıqların məhvi üçün nəzərdə tutulmuş elektrik avadanlığından istifadə etməklə qanunsuz fəaliyyətlə məşğul ikən elə iş başındaca yaxalanıb. Bu zaman ondan balıq məhsulları, ov ləvazimatları, həmçinin balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutlmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb.

İlkin təhqiqat zamanı bu şəxs göstərilən üsulla balıq ovlamağın qanunsuz olduğunu bilmədiyini vurğulayıb. Polis əməkdaşları qanunlardan xəbərdar olmamasının onu məsuliyyətdən azad etmədiyini, müvafiq dövlət orqanlarının rəsmi icazəsi (lisenziyası) olmadan balıqların, digər heyvanların ovlanmasının mövcud qanunvericiliyə zidd olduğunu, bu sahəni tənzimləyən qanunlara və digər normativ-hüquqi aktlara ciddi riayət edilməsinin zəruriliyini S.Teymurovun nəzərinə çatdırıblar.

Xüsusən kustar şəkildə hazırlanmış, heç bir standartlara cavab verməyən elektrik avadanlığı ilə respublikanın sututarlarında, o cümlədən İmişli rayonu ərazisindəki göllərdə, digər məkanlarda balıq ovunun həmin məkanlardakı ekoloji mühitə, faunaya ciddi ziyan vurmasıyla bərabər, belə fəaliyyətlə məşğul olan şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu, bu yaxınlarda respublikamızın Qərb bölgəsində məhz eyni üsulla qanunsuz balıq ovu edən bir şəxsin elektirk cərəyanı vurması nəticəsində dünyasını dəyişdiyi adıçəkilən şəxsə xatırlanıb.

Hazırda İdarədə faktla bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq S.Teymurov barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq əciddi tədbir görüləcək.

Bununla yanaşı, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən artıq dənizkənarı ərazilərdə qanunsuz qum daşınması hallarına qarşı reydlər həyata keçirməyə başlanılıb.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam