Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu partiyalar Milli Məclisdən uzaqlaşdırılacaq-Səbəb

 

Biradamlıq partiyalar Milli Məclisdən uzaqlaşdırılacaq

Milli Məclisin hazırkı tərkibində müxalifəti təmsil edən partiyalar növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentdən kənarda qala bilər. 

Yenixeber.org: Bunun səbəbi artıq həmin partiyaların ictimaiyyət və beynəlxalq qurumlar tərəfindən müxalifət kimi tanınmamasıdır. Digər tərəfdən onların təmsilçilərindən bəziləri ictimaiyyətdə mənfi persona kimi qəbul olunur. Bu da artıq hakimiyyətin maraqlarına cavab vermir. 

Məlumat üçün deyək ki, hazırda Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP)  başqa daha 7 partiya təmsil olunur ki, onlar müxalifət fəaliyyətində olmasalar da, özlərini müxalifət adlandırır. Həmin partiyalar aşağıdakılardır:

Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı

Vəhdət Partiyası – sədr Tahir Kərimli

Sosial Rifah Partiyası – sədr Xanhüseyn Kazımlı

Sosial Demokrat Partiyası – sədr Araz Əlizadə

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev

Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə

Böyük Qurtuluş Partiyası – sədr Fazil Mustafa

Bu partiyaları Milli Məclisdə yalnız sədrləri təmsil edir. İddia olunur ki, yeni parlamentdə adı qeyd edilən partiyaları müəyyən qədər müxalifətçilik fəaliyyəti olan digər siyasi təsisatlar əvəz edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam