Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ordu, polis, yoxsa cəza dəstələri? –Venesuelada yüzlərlə insanın məhkəməsiz güllələndiyi üzə çıxdı

Venesuelada dövlət təhlükəsizlik qüvvələrinin yol verdiyi zorakılıq ölkədə qətllərin statistikanın yüksəlməsinə kömək edib. “Reuters” agentliyi bu statistikanın dünyada öndə yer aldığını yazıb.

Yenixeber.org: 2010-2017-ci illərdə polis və ordunun törətdiyi qətllərin sayı 4 faizdən 27 faizə yüksəlib. Bunu Venesuela Mərkəzi Universitetinin kriminologiya professoru Keymer Avila deyir və ötən il göstəricinin daha da artdığını bildirir.

Nikolas Maduro hökuməti əvvəllər yoxsul ərazilərə əsgərlər göndərirdi. 2015-ci ildə Xalq Azadlıq Əməliyyatlarının məqsədinin kriminalları təmizləmək olduğu bildirilirdi. Amma insan haqları qrupları və sakinlər bu əməliyyatlar nəticəsində məhkəmədən kənar qətllərin sayının artdığını deyirlər.

İnsan haqları qruplarının bildirməsinə görə, Maduro 2017-ci ildə Dövlət Polisinin Xüsusi Əməliyyat Qüvvəsini (FAES) yaradandan narahatlıq daha da artıb.

Çin və Rusiya silahları ilə təchiz olunmuş 1300 zabitin son altı ay ərzində xüsusi təhqiqat aparılmadan yoxsul məhəllələrdə 100-dən artıq adamı qətlə yetirdiyi bildirilir. Bunu Provea yerli insan haqları qrupu yanvarın 26-da açıqladığı hesabatda qeyd edir.

Hazırda Maduro ABŞ sanksiyalarına rəğmən hakimiyyətini saxlamağa çalışır. Qərb dövlətlərinin çoxu müxalifət lideri Xuan Guaydonu dəstəkləyir. FAES isə Maduro hökumətinə sadiqliyi elan edib.

Venesuelanın baş prokuroru Tarek Saab cümə günü bildirib ki, hökumət özbaşına həbs, məhkəmədən kənar edam həyata keçirən rəsmilərlə bağlı təhqiqat aparacaq. O, etirazçıları öldürdüyünə görə bir neçə polis əməkdaşının həbs olunduğunu da sözlərinə əlavə edib. Amma FAES üzvlərindən saxlanan olmadığını deyib.

(Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam