Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

MDB-də yalnız Tacikistandan irəlidəyik –Azərbaycanda gözlənilən pensiya müddəti cəmi 7,5 ildir (Cədvəl)

“Azərbaycanda problem yalnız pensiya yaşına çatmadan əhalinin 30 faizindən çoxunun vəfat etməsi deyil, həm də pensiya çıxandan sonra gözlənilən pensiya müddətinin az olması ilə bağlıdır. Bu göstərici Azərbaycanda 7,5 ildir, MDB məkanında yalnız Tacikistan bizdən geri qalır, Belarus isə 14 illə irəlidə gedir. Gözlənilən pensiya ödənişi müddəti: İsveçrədə 18 il, Yaponiyada 17 il, Fransada isə 16 ildir”.

 Yenixeber.org: Bu barədə iqtisadçı alim Qubad İbadoğlu bildirib. Ekspert vurğulayıb ki, Azərbaycanda vəfat edənlərin 30,72 faizi pensiya yaşına (60 yaşa) çatmamış dünyasını dəyişib:

“Bu göstərici kişilər arasında 38,27, qadınlar arasında 22,11 faizdir. Müvafiq göstərici kənddə 27,41, şəhərdə 33,47 faizdir.  Hesablamalar göstərir ki, pensiya yaşı 65-ə çatanda Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-si təqaüd almadan dünyasını dəyişəcək”.
Daha ətrafli məlumat üçün şərh bölməsində cədvələ baxın:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam