
ABŞ Rusiya nümayəndəsinin G20 sammiti öncəsi tədbirlərdə iştirakına icazə verməyib.
Yenixeberorg.com: Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) departament direktoru Dmitri Biriçevski bildirib.
O, Rusiyanın ABŞ tərəfinə demarş elan etdiyini qeyd edib.
Diplomatın sözlərinə görə, amerikalılar əlində vizası olan şəxsi kənarlaşdırmaqla texniki səhvə yol veriblər.
“Bu vəziyyət göstərir ki, Birləşmiş Ştatlar ona həvalə edilmiş bütün sədrlik funksiyalarını tam vicdanla yerinə yetirmək iqtidarında deyil”, - Biriçevski əlavə edib.










AZ
RU