Rusiyanın yanacaq ixracı kəskin azaldı -SƏBƏB

Qərbin yeni sanksiyaları və Ukraynanın uğurlu hücumları fonunda Rusiyanın emal olunmuş yanacaq ixracı kəskin şəkildə azalıb.
Yenixeber.org: Bu barədə “Blumberq” məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın ilk 26 günündə dəniz yolu ilə Rusiya neft məhsullarının daşınmasının ümumi həcmi gündə 1,89 milyon barel təşkil edib. Bu, 2022-ci ilin əvvəlindən bəri ən aşağı göstəricidir.
Qeyd edilir ki, dizel ixracı bir qədər artsa da, ümumi daşınmalar, xüsusən də Ust-Luqadakı ixrac terminalına edilən hücumlardan sonra Baltik limanları vasitəsilə nafta (emal olunmuş neft məhsulu) və mazutun ixracı azalıb.










AZ
RU