Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-dən Ukraynaya böyük dəstək - "Patriot" və "Starlink" xidmətlərinin satışına razılıq verdi

ABŞ Dövlət Departamenti Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin saxlanması üçün texniki dəstək, eləcə də "Starlink" peyk rabitə xidmətlərinin satışına icazə verib.

Yenixeber.org: Bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi (DSCA) rəsmi açıqlama yayıb.

Məlumata görə, Starlink xidmətlərinin satışının ümumi dəyəri təxminən 150 milyon dollar, Patriot sistemlərinin texniki dəstəyi isə 179 milyon dollar məbləğində qiymətləndirilir.

Satış paketlərinə aşağıdakılar daxildir:

-“Patriot” sistemləri üçün ehtiyat hissələri və modifikasiya dəstləri;

-Proqram təminatı və texniki təlimatlar;

-Avadanlıqların yoxlanması üçün test qurğuları;

-Operatorların və texniki heyətin təlimi;

-Logistika və mühəndis dəstəyi;

-Starlink paketinə isə:

-Rabitə bağlantıları;

-Proqram təminatı dəstəyi;

-Logistika və texniki xidmətlər daxil olacaq.

Qeyd olunur ki, bu satışlar hələ yekun müqavilə formasında deyil. Dövlət Departamentinin Konqresə göndərdiyi bildiriş sadəcə mümkün satışı təsdiqləyir. Satışla bağlı yekun qərar müqavilə danışıqları başa çatdıqdan sonra veriləcək.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin məlumatında bildirilir ki, satışların məqsədi “bölgədəki əsas strateji tərəfdaş olan Ukraynanın təhlükəsizliyini gücləndirmək və özünü müdafiə qabiliyyətini artırmaqdır”.

Xatırladaq ki, "Starlink" peyk rabitə sistemi hazırda Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında rabitə və pilotsuz uçuş aparatlarının idarəsi üçün əsas vasitələrdən biridir. “Patriot” sistemləri isə Ukraynanın Rusiyanın raket və pilotsuz aparat hücumlarına qarşı müdafiəsini təmin edən ən müasir hava hücumundan müdafiə komplekslərindən sayılır.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam