Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı –“hücum” başladı

Erməni sosial şəbəkələrində və mediasında Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə qarşı aşağılayıcı tonda kampaniya başlayıb.

Yenixeber.org: Buna səbəb Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qərarı ilə Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin edilməsidir.

Erməni ekspertlər xüsusilə dini liderin belə bir qərarının müsəlman ölkələri arasında dəstəklənməsindən ciddi narahatlıq keçirirlər.

İranşünas, Azərbaycana qarşı nifrəti ilə seçilən Vardan Voskanyan buna qarşı təbliğatında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadənin “İran və ya İraqın nüfuzlu ayətullahları ilə qətiyyən müqayisə olunmadığını” iddia edib.

QMİ-ni “Stalinin yaratdığı antişiə struktur” adlandıran Voskanyan Allahşükür Paşazadənin İrəvana qazı təyin etməsini “qeyri-qanuni” sayıb.(axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam