Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Xanlar Vəliyevin yerinə onlar gələ bilər - ADLAR

Xanlar Vəliyevin yerinə onlar gələ bilər -

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev vəzifədən gedib. Yeni Hərbi prokurorun kim olacağı rəsmi olaraq bəlli olmasa da, müəyyən təxminlər irəli sürmək mümkündür. 


Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, Hərbi prokuror vəzifəsinə gəlməsi ehtimal edilən şəxslərdən biri İlqar Qılıcovdur. 1966-cı ildə anadan olan İlqar Qılıcov Ali Məhkəmənin hakimidir. O, Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 


Bu posta real namizədlərdən biri Hərbi prokurorun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovdur. 1972-ci il təvəllüdlü olan İmranov müavin olana qədər Prokurorluq orqanlarında müxtəlif rəhbər vəzifələrdə də çalışıb.


Baş prokurorun birinci müavini, Lənkəran rayon prokuroru olmuş Elçin Məmmədov də Hərbi prokuror vəzifəsinə namizədlərdən biri sayıla bilər. O, 1971-ci ildə anadan olub, 1993-cü ildən Prokurorluq orqanlarında çalışıb.


Şəki və Mingəçevir prokuroru vəzifələrində çalışmış, hazırda Baş prokurorun mavini olan Elmar Camalov da sözügedən posta namizədlərdəndir. 1969-cu il təvəllüdlü Camalov 5 ildir ki, müavin vəzifəsində çalışır.(Ajans.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam