Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Ermənistan Türkiyəyə təşəkkür etd -SƏBƏB

Ermənistandan Türkiyəyə təşəkkür

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyaya humanitar yardımın çatdırılması üçün sərhədin müvəqqəti açılmasına görə türk həmkarlarına təşəkkür edib.
Yenixeber.org: Ermənistan hökumətinin Türkiyə üzərindən Suriyaya göndərdiyi humanitar yardımı çatdırmaq üçün tibbi ləvazimat və ərzaq məhsulları daşıyan yük maşınlarının “Marqara” körpüsündən keçdiyi bildirilir.

“Mən türk həmkarlarıma bu humanitar missiyada əməkdaşlığa görə minnətdarlığımı bildirmək istəyirəm”, – Kostanyan X sosial şəbəkəsində yazıb.

Yüklərin çatdırılması üçün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi martın 21-dən 31-dək açıq olacaq.

Qeyd edək ki, 1993-cü ildən “Marqara” keçid məntəqəsindən praktiki olaraq ticarət və sərnişin daşınması üçün istifadə edilmir. Son illər Ermənistan onu modernləşdirib, keçid məntəqəsi fəaliyyətə hazırdır, lakin Türkiyə onu açmağa tələsmir və Ermənistanla münasibətlərin normallaşmasını İrəvanın Azərbaycanın şərtlərini yerinə yetirməsi ilə əlaqələndirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam