Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Ərdoğan bir daha prezidentliyə namizəd OLA BİLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.

Yenixeber.org: Yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib.

Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib. 

“Əgər sən varsansa, varam”, - deyə Ərdoğan cavab verib.

Bundan əvvəl Türkiyə liderinin baş müşaviri və Türkiyə Prezident yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Ucum bəyan etmişdi ki, parlament 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan yenidən dövlət başçısı postuna namizədliyini irəli sürə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam