Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Zelenski azərbaycanlıya yüksək vəzifə verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Teymur Firudin oğlu Tkaçenkonu (Məmmədov) Kiyev şəhər hərbi administrasiyasının rəisi təyin edib.

Yenixeber.org: Məlumata görə, bununla bağlı Vladimir Zelenski sərəncam imzalayıb.

Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.

O, Kiyev şəhərində anadan olub, burada da boya-başa çatıb.

Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Qeyd edək ki, Vladimir Zelenski dekabrın 30-da Kiyev şəhəri hərbi administrasiyasının rəisi Ruslan Kravçenkonu vəzifəsindən azad etmişdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam