Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Gürcüstana sanksiya tətbiq edilə bilər

Kaja Kallas, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi

    Avropa İttifaqı Gürcüstana qarşı sanksiya tətbiq edə bilər.

Yenixeber.org: Məlumata görə, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas bildirib.

Kaja Kallas deyib ki, dinc aksiyaçılara qarşı zorakılıq yolverilməzdir, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə və ölkə Konstitusiyasına hörmətlə yanaşmalıdır. Gürcüstanla bağlı məsələnin Avropa İttifaqının bütün üzvləri ilə birgə müzakirə olunacağını söyləyən Kaja Kallas mümkün addımlar sırasında sanksiya tətbiqini, o cümlədən viza verilməsinin məhdudlaşdırılmasını qeyd edib: “Aydındır ki, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə hörmət etmir”.

Qeyd edək ki, Avropa İttifaqı yalnız bütün üzvlərinin razılığı ilə hər hansı ölkəyə qarçı sanksiya tətbiq edə bilər. Ancaq bir müddət əvvəl Macarıstan Baş naziri Viktor Orbanın Gürcüstan hakimiyyətinə dəstəyini açıqlaması fonunda Avropa İttifaqının belə sanksiyanın tətbiqi barədə qərar verməsi ehtimalı çox azdır.(“Alman dalğası”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam