Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Putin Bakıdadır -FOTO

Vladimir Putinin təyyarəsi axşam saatlarında Bakıdakı aeroporta enib. (Foto: AZƏRTAC)

Rusiya prezidenti Vladimir Putin Azərbaycan paytaxtı Bakıya ikigünlük rəsmi səfərə gəlib.

Yenixeber.org: Rusiyanın dövlət nəzarətində olan telekanalları Putinin təyyarəsinin axşam çağı Bakıya gəlişini göstəriblər.

Azərbaycan Dövlət Xəbər Agentliyi olan AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda "ali qonağın şərəfinə" fəxri qarovul dəstəsi düzülüb.

Vladimir Putini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Putinin səfəri Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisində misli görünməmiş hərbi əməliyyatlar apardığı vaxta təsadüf edir.

Rəsmi Bakının Moskva ilə tərəfdaşlıq münasibətləri var. Eyni zamanda Azərbaycan Qərb ölkələri üçün əsas enerji təchizatçılarından biridir.

Kreml bildirib ki, Putin Bakıda ikən azərbaycanlı həmkarı İlham Əliyevlə ikitərəfli münasibətləri, habelə beynəlxalq və regional məsələləri müzakirə edəcək.

Putinin Azərbaycana son səfəri 2018-ci ilin sentyabrında baş tutub.

2023-cü ilin martından bəri Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi mövcuddur. Orderə səbəb ukraynalı uşaqların Rusiya ərazilərinə məcburi deportasiyasıdır ki, Kreml bu ittihamı rədd edir.

Həbs təhlükəsi Putinin xaricə səfərlərini məhdudlaşdırsa da, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsini bərqərar edən Roma Əsasnaməsi müqaviləsini imzalamayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam