Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

İş adamı Xəlil Göyüşov məsuliyyətə cəlb edilib -SƏBƏB

Azərbaycanın məşhur iş adamı məhkəmə qarşısında: Nə baş verib?

      Azərbaycanın məşhur iş adamı məhkəmə qarşısında: Nə baş verib?

Yenixeber.org: Məşhur iş adamı Xəlil Göyüşov vətəndaşların əmək hüquqlarını pozduğuna görə məsuliyyətə cəlb edilib.
Məlumata görə, "Körpü-Bina-Tikinti" MMC-nin baş direktoru və qanuni təmsilçisi olan Xəlil Göyüşüov tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.
İş adamı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) vətəndaşlarımızın işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş adamı barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır. 
Xatırladaq ki, "Körpü-Bina-Tikinti" MMC 2001-ci ildə təsis edilib. MMC-nin nəzdində asfalt zavodu, balka sexi, beton zavod, çınqıl karxanası, beton boru zavodu, körpü istehsalat zavodu və beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir. 
Sözügedən şirkətin rəhbəri Xəlil Göyüşov isə ölkənin ən varlı iş adamları arasında yer alır.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam