Goranboy İcra Hakimiyyətində nə baş verir? -İl yarımlıq müavin istefa verdi

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov istefa verib.
Yenixeber.org: Ötən ilin fevralında bu vəzifəyə təyin olunan müavinin istefa qərarı təəccüblə qarşılanıb. İddialara görə, bu addım Goranboyun icra başçısı Məhərrəm Quliyevlə aralarındakı rüşvət qalmaqalına görə atılıb.
Ş.Həsənovun işdən çıxarılma xəbərini İH-nin informasiya təminatı və təhlili sektorunun müdiri Faiq Muradov təsdiqləyib.
Bildirib ki, Ş.Həsənovun xidməti vəzifəsinə bu gün xitam verilib. Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.(BakuPost)










AZ
RU