ABŞ Ukraynaya göndərdiyi “F-16” qırıcılarını müasir “hava-hava” tipli raketlərlə təchiz etməyə razılıq verib.
Yenixeber.org: Məlumata görə, bununla yanaşı rəsmi Vaşinqton Kiyevə növləri açıqlanmayan silah-sursatlar da göndərməyi öhdəsinə götürüb.
Bu arada, Danimarka və Niderland “F-16” seriyasından olan qırıcıların ilk partiyasını bu ilin yayında göndərəcəyini açıqlayıb. Belçika və Norveç hökumətlərindən də analoji açıqlama gəlib.
Qeyd edək ki, sözü gedən ölkələrin Ukrayna ordusuna təhvil verəcəyi qırıcı təyyarələrin raketlərlə təchizatı məsələsi hələlik açıq qalır.(“The Wall Street Jorunal”)










AZ
RU
