Fələstin lideri Mahmud Abbasın Rusiyaya səfəri ilə bağlı Kremldə hazırlıq görülür.
Yenixeber.org: Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Cənab Mahmud Abbasın səfəriilə bağlı həqiqətən də hazırlıq görülür. Biz bu səfəri səbirsizliklə gözləyirik və onun vaxtı barədə sizə vaxtında məlumat verəcəyik”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Fələstin Rusiya və Çin də daxil olmaqla BMT-yə üzv olan 193 ölkədən 140-ından çoxu tərəfindən dövlət kimi tanınıb. 2023-cü ilin oktyabrında Vladimir Putin Rusiya Federasiyasının həmişə paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini açıqlamışdı.










AZ
RU
