Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

İrəvandan təxribatçı keşişə sərt təpki:“Bu yalançı dindar və cəllad...”

Ermənistanın hakim partiyasının deputatı Ovik Ağazaryan Tavuşdan İrəvana yürüş edən keşiş Baqrat Qalstanyanı “yalançı dindar” adlandırıb.

Yenixeber.org: O, bu barədə Feysbuk səhifəsində yazıb.

Ağazaryan ad çəkməsə də, Qalstanyanın arxasınca İrəvana apardığı insanların cəlladı rolunda çıxış etdiyini də bildirib:

“Həmişə inkvizisiyaya məruz qalanlara həsəd aparmışam, çünki onların mavi gözlərinin dərinliyində yalançı təqvası olan cəlladlarından fərqli olaraq, baxışları dəyər sistemi və ideyalarına inam saçırdı”.

Deputat revanşist və şarlatan keşişin arxasına düşənlərin ona kor-koranə inandıqlarını vurğulayıb.

Baqrat Qalstanyan mayın 4-də bir qrup etirazçı ilə Tavuşdan İrəvana yürüşə başlayıb. Təxribatçı aksiya sərhədin delimitasiyası və bu çərçivədə 4 kəndin qanuni sahibinə - Azərbaycana qaytarılmasına etiraz məqsədilə təşkil edilib. Təxribatçılar İrəvana mayın 9-da çatmalıdır./Teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam