Navalnıdan növbəti çağırış...
Tanınmış rusiyalı müxalifətçi, hazırda həbsdə olan Aleksey Navalnı və komandası prezident seçkilərində Rusiya Prezidenti Vladimir Putinin əleyhinə səs verməyə çağırıb.
Yenixeber.org: Bu barədə Navalnının bloqunda yer alan yazıda deyilir.
“Prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Həmin gün hamını seçki məntəqələrinə gələrək Vladimir Putinin əleyhinə səs verməyə çağırırıq. Bu, istənilən digər namizədə səs verməklə edilə bilər”, - yazıda bildirilir.
Navalnıya rəğbət bəsləyənlər isə artıq “Putinsiz Rusiya” saytını işə salıblar. Orada vurğulanır ki, hər bir fəal vətəndaş prezident seçkilərinə qalan 100 gün ərzində qarşısına sadə bir məqsəd qoymalıdır: ən azı 10 nəfəri Putinə qarşı çıxmağa inandırmaq.










AZ
RU
