Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kardiologiya İnstitunda professorlar arasında dava -Elmlər doktoru Elmi Şuradan qovuldu

Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat İnstitutunda növbəti qalmaqal baş verib. Buna İnstitutun direktoru Gülnaz Dadaşovanın 20 ilə yaxın infarkt şöbəsinə rəhbərlik etmiş tibb elmləri doktoru, professor Elman Ələkbərovu Elmi Şura üzvlüyündən çıxarması səbəb olub.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, bu günlərdə Elmi Şuradan iclasına qatılmaq üçün İnstituta gələn professor gözlənilməz situasiya ilə qarşılaşıb. İclas zalına daxil olarkən, İnstitutun işçiləri ona "Sizin adınız siyahıda yoxdur" deyiblər.
E.Ələkbərov bunun səbəbi ilə maraqlananda İnstitutun direktoru ona Elmi Şura üzvlüyündən uzaqlaşdırıldığını bildirib. "Məni üzvlükdən çıxarmısınızsa, onda niyə xəbər etməmisiniz, niyə mən səsvermədə olmamışam?" deyə soruşduqda isə Gülnaz Dadaşova professora "Siz "Bakupost"a müsahibə verəndə bəyəm mənə demişdiniz?" deyə cavab verib. Onun bu cavabına, həmçinin Elmi Şuradan prosedura zidd və qanunsuz şəkildə uzaqlaşdırılmasına əsəbiləşən E.Ələkbərov "Mən onsuz da sənin rəhbərliyin altında işləməyi öz səviyyəmə yaraşdırmırdım, ona görə də İnstitutdan getdim. Sən anestezioloqsan, necə kardioloq olduğun bəlli deyil, professorsan, necə müdafiə etdiyin bəlli deyil, idarəetməni, işçilərlə necə davranmağı da bilmirsən" deyərək, İnstitutu tərk edib.
Qeyd edək ki, bütün bunlar Elmi Şuranın iclas zalında, İnstitutun əməkdaşlarının gözü qarşısında baş verib.
Məsələ ilə bağlı E.Ələkbərovla əlaqə saxlasaq da, o bu barədə danışmaq istəmədiyini bildirdi: "Mən onun nə əleyhinə, nə də lehinə danışmaq istəyirəm".(Bakupost)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam