Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğanın məğlub olmasını arzulayan çoxlu lider və siyasətçi var -ŞOK ETİRAF

“Seçkilərin ikinci turunun Türkiyənin gələcəyini necə formalaşdıracağı bütün dünyada izlənəcək”.

Yenixeber.org: Bu fikirlər “The New York Times” (NYT) qəzetində dərc olunan “Türkiyənin ikinci tur seçkisində nə gözlənilir” başlıqlı məqaləsində öz əksini tapıb.

Məqalədə İstanbul bürosunun rəhbəri Ben Hubbardın bu sözlərinə yer verilib: “Əksər insanlar Ərdoğanın qalib gələcəyi ehtimalı ilə hərəkət edirlər. İlk turda önə keçən Ərdoğan əhəmiyyətli dəstək aldı”.

NYT “Ərdoğanın qələbəsi Türkiyənin dünya səhnəsindəki roluna necə təsir edir?” sualını qoyub və Qərbin bir hissəsində Ərdoğana qarşı çıxanların olduğunu etiraf edib:

“Beynəlxalq miqyasda, ABŞ-da və Avropada onun məğlub olmasını arzulayan çoxlu lider və siyasətçi var idi. Lakin bunu açıq demirlər”.

ABŞ nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğuna diqqət çəkib:

“Ərdoğan Ukraynanın işğalından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qatılmaqdan imtina edərək, əvəzində Rusiya ilə ticarət əlaqələrini genişləndirdi”.

NYT, həmçinin yazıb ki, Ərdoğan həm Putin, həm də Zelenski ilə görüşən nadir liderlərdən biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam