Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Fransa niyə Türkiyəni günahlandırır? -AĞILASIĞMAZ İDDİALAR


Cümə günü Fransanın paytaxtı Parisdə Ahmet Kaya Mədəniyyət Mərkəzinin yaxınlığında Fransa vətəndaşı olan 69 yaşlı kişinin silahla atəş açması nəticəsində biri qadın, ikisi kişi olmaqla 3 nəfər ölüb. Silahlı hücumdan sonra PKK tərəfdarları Paris küçələrinə axışıb.

Yenixeber.org: Hadisə Parisin kürdlərin yaşadığı küçədə baş verib. 

Uilyam M. adlı şübhəli polisə əvvəlcə mühacirlərin məskunlaşdığı, Parisin şimalındakı Seine-Saint-Denis bölgəsində hücum etmək istədiyini, lakin sonradan fikrini dəyişdiyini bildirib. 

63a98ba818c7733ab025689f.jpg (125 KB)

Fransada şok effekti yaradan hücumdan sonra başlayan etirazlar bir anda zorakılıq aktlarına çevrilib. Polisə daş, stul və başqa əşyalar atan etirazçılar ən azı 4 avtomobili aşıraraq yararsız hala salıblar.

Fransa mediası küçələri döyüş meydanına çevirən PKK tərəfdarlarını tənqid etmək əvəzinə Türkiyəni hədəf almağa üstünlük verib.

Fransanın nüfuzlu qəzetlərindən biri olan Liberation hadisələrlə bağlı xəbəri “Fransada kürdlərə qarşı irqçi hücumun arxasında Türkiyənin kölgəsi var” başlığı ilə oxucularına çatdırıb və məqalədə hücumun təsadüf olmadığını iddia edilib.

63a98fcf18c7733ab02568a5.jpg (92 KB)

Fransanın BFM telekanalı və RMC radiosu Türkiyə əleyhdarları və ya PKK tərəfdarlarının bəyanatlarına yer verilən verilişlərində Türkiyənin kürd icmasını təcrid etmək arzusunda olduğunu iddia edib: “Türkiyə xüsusi xidmət orqanı kürd icmasını təcrid etmək arzusundadır. Parisdəki hücumun arxasında Ankara dayanır”.

“Le Monde” qəzeti də Türkiyəni hədəf alan xəbərlərində “Parisdə öldürülən kürdlər: Ankaranın onlara qarşı zorakılığından əl çəkmir” başlığından istifadə edib.

Qəzet hücumun arxasında yalnız bir "irqçi şəxsin" göstərilməsinin şübhəli olduğunu irəli sürüb.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam