Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Türkiyənin icazəsi olmadan Rusiya bu addımı ata bilməz -Putin Ərdoğandan asılı hala düşür?

"Ərdoğan bütün dünyanı rahatlatan taxıl müqaviləsi üçün öz üstünlüyündən istifadə etdi..."

Almaniyanın məşhur “Bild” qəzetində dərc olunan məqalədə Rusiya-Ukrayna müharibəsindən sonra başlayan taxıl böhranı ilə bağlı gedən prosesdə Türkiyənin oynadığı rola diqqət çəkilib.

Yenixeber.org: Ukraynanın dünyanın dördüncü ən böyük taxıl ixracatçısı olduğunu və dünyada təxminən 400 milyon insanın yaşamaq üçün bu ölkənin taxılına ehtiyacı olduğunu bildirən qəzet Rusiyanın təxminən altı aydır Ukraynadan taxıl ixracının qarşısını aldığını xatırladıb.

Məqalədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın kritik məqamda məsələyə müdaxilə etdiyi qeyd olunub:

"Bosfor Qara dənizlə Aralıq dənizini birləşdirən yeganə bağdır. Ona görə də Türkiyə prezidenti Ərdoğanın icazəsi olmadan heç bir Rusiya gəmisi içəri girə və ya çıxa bilməz. Ərdoğan bu üstünlükdən taxıl sövdələşməsi üçün istifadə etdi. Blokada bitdi. Bir neçə həftə sonra ilk Ukrayna yük gəmisi Yaxın Şərqə doğru hərəkət etdi".

Xatırladaq ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair saziş iyulun 22-də Türkiyə və BMT-nin təşəbbüsü ilə imzalanıb. Rusiya oktyabrın 29-da Ukraynanın Krıma hücumu səbəbindən müqaviləni dayandırdığını açıqlayanda prezident Ərdoğan yenidən məsələyə qarışıb.

Türkiyə Prezidentinin Putinlə görüşündən sonra - noyabrın 17-də dünyanı qlobal ərzaq böhranından xilas edən razılaşmanın 120 gün müddətinə uzadıldığı açıqlanıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam