Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daha bir erməni hərbçi həbs edilib-SƏBƏB

 
                   Qarabağda Azərbaycana casusluq edən hərbçi həbs edilib.

Yenixeber.org: Ermənistan KİV-in məlumatına görə, adı açıqlanmayan hərbi qulluqçu 2021-ci ilin yanvarında sosial şəbəkədə xarici xüsusi xidmət orqanları tərəfindən erməni qızın adına açılmış akkauntla əlaqə yaradıb.

Yazışmalar zamanı hərbçi 150 dollar müqabilində hərbi xarakterli məlumatları ötürməyə razılaşıb. Daha sonra o, Qarabağdakı hərbi hissələrdən birinin yeri, döyüş mövqelərinin koordinatları, qoşun və texnikanın sayı barədə məlumatları ötürüb.

Xarici kəşfiyyatla əməkdaşlıq 2022-ci ilin mayına qədər davam edib. Bu müddətdə zirehli texnikanın, nəqliyyat vasitələrinin sayı, hərbçinin xidmət etdiyi hərbi hissənin binasının yeri, eləcə də erməni qüvvələrinin və Rusiya sülhməramlılarının digər hərbi hissələri haqqında məlumatlar ötürülüb. Bu müddətdə hərbçi 1500 dollara yaxın vəsait alıb.

Məlumatda hərbçinin məhz hansı kəşfiyyata casusluq edildiyi göstərilmir. Lakin söhbətin Azərbaycan kəşfiyyatından getdiyini təxmin etmək çətin deyil.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Ermənistanda və Qarabağda Azərbaycana casusluqda ittiham olunan onlarla hərbçi və mülki şəxs həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam