Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ukraynadan Rusiyaya aparılan uşaqların sayı AÇIQLANIB

 Bazar ertəsi 11,500-dən çox insan, o cümlədən 1847 uşaq Kiyev hakimiyyəti ilə danışıqlar aparılmadan Ukraynadan Rusiyaya aparılıb.

Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi tərəfindən məlumat yayılıb. 

Qeyd edək ki, bu rəqəmə Ukraynada Rusiyanın dəstəklədiyi separatçı bölgələrdən, Rusiyanın işğala başlamazdan əvvəl müstəqil dövlət kimi tanıdığı qondarma Donetsk və Luqansk xalq respublikalarından evakuasiyalar daxildir. 

Rusiya tərəfindən vətəndaşların öz xahişi ilə təxliyə edildiyi bildirilib. Ukrayna isə Moskvanın müharibə başlayandan bəri minlərlə insanı zorla Rusiyaya deportasiya etdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 24-dən indiyədək 200 minə yaxın uşaq və 1,1 milyon insan Ukraynadan Rusiyaya təxliyə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam