Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Vaqner”in 3 mindən çox üzvü döyüşlərdə öldürülüb- Putinin "şəxsi ordusu" kimi tanınır

Rusiyanın muzdlulardan ibarət “Vaqner” qrupunun 8 min əsgərinin Ukraynaya yerləşdirildiyi məlum olub.

Yenixeber.org: Britaniya mətbuatı xəbər verir ki, Ukraynada gedən döyüşlərdə “Vaqner”çilərin böyük əksəriyyəti zərərsizləşdirilib. 

Rusiya tərəfi bununla bağlı rəsmi statistika açıqlmasa da, Qərb mənbələri azı 3000 “Vaqner” üzvünün öldürüldüyünü iddia edir. Bildirilir ki, qeyd olunan rəqəmlər daha yüksək ola bilər. Hazırda bu barədə dəqiq məlumat yoxdur. 

Bundan əlavə, Qərb mətbuatında yer alan məlumata əsasən, “Vaqner” qruplaşmasına Ukraynada mülki sakinlərin qətlə yetirilməsi tapşırılıb. 

Qeyd edək ki, “Vaqner” Rusiya prezidenti Vladimir Putinin "şəxsi ordusu" kimi tanınır. Adıçəkilən muzdlu dəstəsi daha əvvəl Suriya, Sudan və Liviyadakı münaqişələrdə iştirak edib. Qrupun Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan məşhur rusiyalı milyarder Yevgeni Prijoqin tərəfindən maliyyələşdirildiyi iddia edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam