Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Abramoviç Putinə bu məktubu verib-Sonra Gerhard Şrederlə görüşüb

Moskva və Kiyev arasında danışıqların təşkilində iştirak edən iş adamı Roman Abramoviç Rusiya prezidenti Vladimir Putinə Volodimir Zelenskinin məktubunu verib.

Yenixeber.org: Bu barədə Times yazır.

Qeyd olunur ki, Ukrayna prezidenti ilə görüşdən sonra Abramoviç Putini görmək üçün Moskvaya uçub və ona Zelenskinin Ukraynanın sülh sazişinin şərtləri ilə bağlı mövqeyini əks etdirən məktubunu verib. Daha sonra iş adamı İstanbula qayıdıb və orada Kiyev tərəfində danışıqlarda iştirak edən Ali Radanın deputatı Rustəm Umerovla əlaqə saxlayıb.

Daha əvvəl “Financial Times” özünün mənbələrinə istinadən yazıb ki, Putin Abramoviçin danışıqların təşkilində iştirakını şəxsən bəyənib. İddia olunurdu ki, iş adamı bir sıra potensial vasitəçilərlə, o cümlədən Almaniyanın keçmiş kansleri Gerhard Şrederlə görüşlər keçirib. O, həmçinin Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə də danışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam