Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"Hər on dəqiqədən bir ölkədən çıxmağımı istədilər"-“Harasa getmişəm demələri məni bezdirirdi"

 

        Ukrayna Prezidenti Volodimir Zelenski Çexiyanın “ČT24” telekanalına müsahibə verib.

Yenixeber.org: Volodimir Zelenski müharibədən öncə, ərəfəsi və hal-hazırada müharibənin gedişatı ilə bağlı verilən sualları cavablandırıb.

Zelenski “Kiyevdən getməyi düşünüdünüzmü?” sualına da cavab verib. Zelenskinin sözlərinə görə, hər on dəqiqədən bir ona zəng edib ölkədən çıxmağı məsləhət görüblər:

“Hamı mənə dedi ki, mən dərhal getməliyəm. Hamı. Həm dövlətimiz daxilindəki xüsusi xidmət orqanları, həm də tərəfdaşlarımız. Onlar mənə üç gün ərzində Ukraynanı tərk etməyimi tövsiyə edirdilər. Ancaq mən qalmağı seçdim”.

Zelenskiyə hökumət rəsmiləri ilə birgə Kiyevdə Prezident Administrasiyasının önündə çəkdiyi videonun öncədən düşünülmüş, yoxsa improvizasiya olub-olmadığı ilə bağlı da sual verilib. 

“Harasa getmişəm demələri məni narahat edirdi, bezdirirdi. Ona görə dedim ki, biz yalnız ofisdən video çəksək, heç kim bizim Kiyevdə olduğumuza inanmaz, bayıra çıxmalı və oradan görüntülər paylaşmalıyıq ki, daha çox insan bizim Ukraynada olduğumuzu görsün” – Zelenski qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam