Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Belaruslu könüllülər öz ordularına çağırış etdilər - VİDEO

Belarus könüllüləri öz ordularına çağırış etdilər -    VİDEO

Belaruslu könüllülər öz ölkələrinin ordusunu Rusiya ilə bərabər Ukraynaya qarşı döyüşməkdən imtina etməyə çağırıb. xəbər verir ki, bununla bağlı onlar videomüraciət yayıblar.
Yenixeber.org: Könüllülər müraciətlərində qeyd ediblər ki, özünü prezident elan edən Aleksandr Lukaşenko 2020-ci ildə Belarusda hakimiyyəti ələ keçirib. Bütün ölkə faktiki olaraq girov götürülüb. İndi isə Rusiya Prezidenti Vladimir Putin və Lukaşenko Ukraynaya hücum ediblər.
- Onlar sizi Putinin apardığı müharibəyə göndərməyə çalışırlar. Bu, Ukraynanın "denaçifikasiyası" və "demilitarizasiyası" üçün xüsusi əməliyyat deyil. Ukrayna öz azadlığı üçün mübarizə aparır. Bu, ukraynalılar üçün Böyük Vətən müharibəsidir. 2020-ci ildə mənəvi seçim etmək sizin üçün çətin idi. Bu gün belə mənəvi seçim etmək üçün hələ də gec deyil, - deyə könüllülərdən biri deyib.


O, Belarus hərbçilərini Ukrayna tərəfinə keçməyə çağırıb.

- Uşaqlar, evdə qalın və sizin üçün hər şey yaxşı olacaq. Son çarə olaraq Ukraynaya qovsalar mümkün qədər tez təslim olun. Ukrayna hakimiyyəti sizinlə müharibə əsiri kimi davranmayacaq. Sizin Ukraynada və ya seçdiyiniz istənilən Avropa ölkəsində siyasi sığınacaq almaq imkanınız olacaq. Uşaqlar, biz haqlıyıq. Siz də seçiminizi edin. Yaşasın Belarus! – digər könüllü deyib.



Qeyd edək ki, bu gün Belarus qoşunlarının Ukrayna ərazisinə daxil olmasını əks etdirən videogörüntülər yayılmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam