Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranda müəllimlər kütləvi tətil edir –Onlarla şəhərdə etiraz aksiyaları keçirilir

İranda yüzlərlə müəllim ədalətli maaş, pensiya artımı, saxlanmış həmkarlarına azadlıq tələbilə etiraz edir.

Yenixeber.org: “Radio Farda” xəbər yayıb ki, onlarla şəhərdə etirazlar keçirilir, iki gün əvvəl isə müəllimlər kütləvi şəkildə tətilə çıxıblar. Bundan başqa yanvarın 31-də müəllimlər Tehranda parlament binası, Şiraz, İsfahan və Əhvaz şəhərlərində Təhsil Nazirliyinə məxsus binalar qarşısında etirazlar keçiriblər.

Dekabrda İran parlamentinin qəbul etdiyi qanunvericilikdə müəllimlərin maaşlarının qaldırılması nəzərdə tutulur. Bu, ölkəboyunca günlərlə davam edən etirazlar və tətildən sonra reallaşmışdı.

Son həftələr müəllimlərin etirazları davam edir. Təhlükəsizlik qüvvələri bəzən onlara qarşı sərt davranır, bəzi iştirakçıları həbs edir. Yanvarın 31-də azı beş müəllimin saxlandığı xəbər verilir. Onlardan üçü parlamentin qarşısında etiraz zamanı shəbs edilib.

“Həbs edilmiş müəllimlər buraxılmalıdır!” – internetdə həvəskar videolarda etirazçıların bəzilərinin bu şüarı səsləndirdiyi görünür. Digərləri isə parlamenti “saxta vədlər”də ittiham edib.

Dekabrın 15-də qəbul edilmiş qanunda müəllimlərin universitetdə çalışanların maaşının 80 faizi qədər maaş alacağı nəzərdə tutulub. Etirazçıların bir tələbi də budur. Etirazçılar hökuməti müəllimlərin təcrübə və perfomansa görə sertifikasiyasını sürətləndirməyə çağırırlar. Onların bir tələbi də pensiyaların mümkün qədər tez işləyən müəllimlərin maaşlarına uyğunlaşdırılmasıdır.

Yanvarın 31-də yayılmış bəyanata görə, təqaüdə çıxmış, eləcə də işləyən müəllimlərin vəziyyəti kritik həddə çatıb.

Bəyanatda parlament hökumətin maraqlarına uyğun davranmaqda ittiham edilir. Ədliyyənin müəllimlərin legitim tələblərini dəstəkləmək əvəzinə, bütün narazı səsləri susdurduğu qeyd olunur.

Bu etirazlar ABŞ sanksiyalarının və illərlə davam pis idarəçiliyin nəticəsində artan inflyasiya fonunda baş verir. Bir çox müəllimlər dolanışığın çətinliyindən gileylənirlər.

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam