Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Türkiyənin "HİSAR O+" müdafiə sistemi uğurla sınaqdan keçdi:360 dərəcə effektivliyə malikdir, eyni anda ən azı 9 hədəfi vura bilir

Türkiyə "HİSAR O+" müdafiə sistemini sınaqdan keçirdi

Türkiyədə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemi olan HİSAR O+ sınaqdan keçirilib. 
Yenixeber.org: Bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir Tvitterdə məlumat verib.
"Milli hava hücumundan müdafiə raket sistemimiz HİSAR O+ inventarlaşmadan əvvəl son qəbul atəşində yüksək hündürlükdə yüksək sürətli hədəfi məhv etdi. HİSAR O+ hazırda bütün elementləri ilə tam gücü ilə işləyir. Şanlı ordumuza uğurlar arzu edirik".
HİSAR O+ Prezident Administrasiyası yanında Müdafiə Sənayesi layihəsi olaraq Aselsan-Roketsan ilə əməkdaşlıqda yerli və milli səviyyədə hazırlanıb. Döyüş başlığı isə TÜBİTAK SAGE tərəfindən hazırlanıb. 360 dərəcə effektivliyə malik olan sistem eyni anda ən azı 9 hədəfi vura və atəşə tuta bilir. HİSAR O+ sisteminin qarşısının alınması məsafəsi 25 km-ə çatır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam