Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tehranda "Xameneiyə ölüm" şüarı ilə mitinq- VİDEO

Tehranda Ukrayna sərnişin təyyarəsinin vurulmasında günahlandırılanların məhkəməsinin keçirilməsi ilə bir vaxtda, həyatını itirənlərin ailələri Tehran Hərbi Məhkəməsinin binası önündə etiraz mitinqi təşkil ediblər.
Yenixeber.org: Ailələr əllərində ölən ailə üzvlərinin şəkilləri ilə yanaşı, üzərində "məhkəməyə qədər cinayət işini öyrənmək bizim təbii və qanuni haqqımızdır" yazılmış plakatlarla çıxış ediblər.
İctimai şəbəkələrdə geniş yayılmış videolarda bəzi etirazçıların "Xameneiyə ölüm", "İslam Respublikasına ölüm" şüarları səsləndirdiyi görünür. 
Mitinqdə habelə etirazçılardan biri SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı Əmirəli Hacızadəni sərt tənqid edib.
Qeyd edək ki, göyərtəsində 176 nəfər olan Boeing 737 sərnişin təyyarəsi Tehran hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra SEPAH tərəfindən "səhvən" vurulub.(BBC) 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam